Xərçəngə yoluxan azərbaycanlı aparıcının analizinin cavabı bəlli oldu: "Bədxassəli imiş..."

31-01-2019, 19:28           
Xərçəngə yoluxan azərbaycanlı aparıcının analizinin cavabı bəlli oldu: "Bədxassəli imiş..."
Xərçəngdən əziyyət çəkən Tahirə Məmmədqızının bədənindəki şişdən biopsi götürülüb, həmin şişin bədxassəli olduğu məlum olub.

Bu haqda BiG.AZ-a jurnalist özü məlumat verib:

"Cavablar ağır çıxdı. Bu gün bir neçə dəfə müayinədən keçdim. İki analizim qalıb. Çanaq MRT -si olmalıdır, bir də başqa onkoloji test olunmalıdır. Gələn həftə əməliyyat olacağam".

Aparıcı bildirib ki, əsgərlikdə olan oğlu onun bədxassəli şişdən əziyyət çəkdiyindən xəbərsizdir.

Qeyd edək ki, Tahirə Məmmədqızı ginekoloji onkologiyadan əziyyət çəkir. Onun uşaqlıq orqanında 7 ədəd şiş aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru