"Polat Alemdar" arvadından 10 milyon istəyir

1-02-2019, 07:30           
"Polat Alemdar" arvadından 10 milyon istəyir
Ərizədə uşaqların ataya verilməsi, məhkəmə əks fikirdə olduğu təqdirdə isə ortaq vəlayətin verilməsi tələb edilib.

Aktyor Necati Şaşmaz (Polat Alemdar) 2012-ci ildə evləndiyi Nagehan Şaşmazdan boşanmaq üçün məhkəməyə müraciət edib. Sputnik Türkiyə xəbər verir ki, aktyor həyat yoldaşından 10 milyon lirə tələb edib.

Məlumata görə, Anadolu Ailə Məhkəməsinə müraicət edən aktyorun vəkili təqdim etdiyi boşanma ərizəsində tərəflərin evliliyinin Nagehan Şaşmazın "qüsurlu davranışları" səbəbindən sarsıldığını bildirib.

Ərizədə uşaqların ataya verilməsi, məhkəmə əks fikirdə olduğu təqdirdə isə ortaq baxımın verilməsi tələb edilib.

Necati Şaşmaz keçmiş həyat yoldaşı ilə

Ərizədə həmçinin Almaniya vətəndaşları olduqları üçün uşaqların ölkədən kənara çıxarılmasına da qadağa qoyulması istənilib.

"Qarşı tərəfin müvəkkilimə verdiyi əziyyətin qarşılığında isə 5 milyon lirə mənəvi və 5 milyon lirə maddi təzminat üçün qərar verilməsini istəyirik"-deyə ərizədə bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru