“Müdirlərimiz oğru, məmurlarımız rüşvətxor, ziyalılarımız isə bir-biri ilə didişməkdədir”

1-02-2019, 11:36           
“Müdirlərimiz oğru, məmurlarımız rüşvətxor, ziyalılarımız isə bir-biri ilə didişməkdədir”
Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü idi. M.Ə.Rəsulzadə 1884-ci il yanvarın 31-də Novxanı kəndində anadan olub.
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında son zamanlar M.Ə.Rəsulzadəyə görə baş verən hadisələrdən narahatlıq keçirdiyini bildirib:


“Allah rəhmət eləsin, oğul, ən çətin zamanda, 1918-ci ildə M.Ə.Rəsulzadə dövlət qurdu. Onda Azərbaycanın yüz on dörd tam onda altı min kvadrat kilometr sahəsi olub. Ruslar hücum edərkən qubalılar 350 nəfər adamla onların qarşısına çıxıb döyüşüblər və hamısı da şəhid olub. M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli müstəqilliyimizə görə can qoyub. Nəsib bəy Yusifbəyli Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətini elan edib. Təəssüflər olsun ki, bu gün M.Ə.Rəsulzadəyə dəyərincə qiymət verilməyib, buna görə çox narahatam. M.Ə.Rəsulzadə kimi türk xalqını sevən, dövlət yaradan insanı layiqincə qiymətləndirə bilmirik. Onun bayrağını, himnini daşıyırıq, amma adı heç bir dəftərdə yoxdur. Onun evindən barelyefini oğurlayanlar da normal adam deyil”.

R.Mahmudov Əhməd bəy Ağaoğlu ilə bağlı maraqlı tarixi bir hadisəni də bizimlə bölüşüb:

“Əhməd bəy Ağaoğlu 1907-ci ildə Həsən bəy Zərdabin dəfn mərasiminə gəlib və pambıq bəylərinə deyib ki, “Köməklik edin, uşaqlarımızın gələcəyi üçün məktəb açaq”. Amma bunların heç birisi köməklik etməyib. Eşşəklə turş su satan erməni isə pul verib deyib ki, “Mənim uşağıma və qonşum kasıb azərbaycanlı ailəsinin uşağına məktəb açın”. Əhməd bəy Ağaoğlu Həsən bəy Zərdabinin cənazəsi önündə deyib ki, “Ey müqəddəs ruh! Müdirlərimiz oğru, məmurlarımız rüşvətxor, ziyalılarımız isə bir-biri ilə didişməkdədir”. Bax bu bizim millətin xarakerizə edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.