Leyla Əliyevanın şeirinə yeni klip - Natiq Əliyevin nəvəsi oxudu - FOTO/VİDEO

3-02-2019, 10:39           
Leyla Əliyevanın şeirinə yeni klip - Natiq Əliyevin nəvəsi oxudu - FOTO/VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnən mahnıya klip çəkilib.

"Mən özümü sənə verirəm" adlanan mahnını mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə ifa edib. Mahnının bəstəkarı isə Nigar Həbibovadır.

Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi klipdə Bəyaz Həsənova, Ülvi Şəxlınski və Züleyxa Şixlinskaya, Məsumə Babayeva, Nazim Dadaşov, Mudvər Məmmədova və Azər Əzizov çəkilib.

Qeyd edək ki, mərhum nazirin nəvəsi daha əvvəl “Vorobey” adlı mahnı ilə çıxış etmişdi. Aliyə Əliyeva bu yaxınlarda Rusiyada keçirilən“Vo Ves Qolos 2018” mahnı müsabiqəsində qalib gəlmişdi.(Teleqraf)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru