Mehriban Xanlarovadan “vorovskoy” söhbət: “Hansısa yaxşı oğlanın bacısı…”

5-02-2019, 11:53           
Mehriban Xanlarovadan “vorovskoy” söhbət: “Hansısa yaxşı oğlanın bacısı…”
Əməkdar artist Mehriban Xanlarova sosial media hesabındakı statusu ilə diqqət çəkib.

Dərgi.az xəbər verir ki, sənətçinin məsləhət olaraq yazdığı status birmənalı qarşılanmayıb.

Belə ki, şərh bölməsinə “Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün O, qızı “tem”a olaraq istifadə edib, artıq – əskik söhbətlər etmə.

Ola bilsin o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənin də evində var. Evində yoxdursa, dayın gildə var, dayıngildə yoxdursa, əmingildə var, əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var…

Buna görə də hansısa qızın haqqında artıq – əskik danışmadan bunları düşünün” yazan Xanlarovaya dəstək olanlarla yanaşı, “kriminal aləm”in üzvləri kimi danışdığını deyənlər də olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru