Azərbaycanın “Avroviziya-2019”da çıxış edəcəyi tarix bilindi

3-04-2019, 07:55           
Azərbaycanın “Avroviziya-2019”da çıxış edəcəyi tarix bilindi
İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.

BakuPost.az-ın məlumatına görə, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək.

“Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru