Xalq artisti Brilliant Dadaşova növbəti dəfə sosial şəbəkədə tənqidi videosunu paylaşıb.

3-04-2019, 11:46           
Xalq artisti Brilliant Dadaşova növbəti dəfə sosial şəbəkədə tənqidi videosunu paylaşıb.
Lent.az-ın məlumatına görə, müğənni xalq artisti Aftandil İsrafilovun söyüşlə dolu videosuna haqq qazandırıb və bu mövzuda bəzi jurnalistləri günahlandırıb: "Xasiyyətimi çoxları bilir. Bir vaxtlar mən Mirzə Babayevə görə çoxları ilə - aparıcı, redaktor, rejissorlarla dava edirdim. Hətta telekanallardan imtina edirdim ki, onsuz efirə gəlməyəcəm. Böyüklərimizə dəyər vermək, qiymət qoymaq lazımdır. Sonra iş elə gətirdi ki, Mirzə dayısız efirə getmirdim. Afdandil İsrafilovun bir videosu yayılıb. Orada kişi məclisidir, Aftandil bəy öz dostları arasında ona edilən zarafata senzuradan kənar ifadə işlədib. Bir səhifə isə onu paylaşaraq "Xalq artistimizə baxın" sözlərini yazıb. Nə demək istədiyini anlamağa çalışıram. Aftandil İsrafilov bütün Qafqazda qarmon ustalarının ustadıdır. Öz dostları arasında olan zarafatı İnstaqrama yerləşdirməklə nə etmək istəyirlər? Bunu anlayandan sonra artıq bu mövzuya qayıtmayacam. İnanıram ki, bütün ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaqlar".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru