Lalə Məmmədova keçmiş ərini intihara sürükləyir? - İttiham

3-04-2019, 17:39           
Lalə Məmmədova keçmiş ərini intihara sürükləyir? - İttiham
Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.
O, gərgin vəziyyətdə olduğunu və özünə qəsd edə biləcəyini bildirib:
“Uzun müddətdir keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya nümayiş etdirir. Keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra mən işimi itirmişəm, üstəlik anam da dünyasını dəyişib”.
Onun sözlərinə görə, aliment borcu səkkiz minə çatıb:
“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə ödəmək imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308-dir. Bütün məhkəmələrdə ona yaşıl işıq yandırılır”.
İlham Qafarov keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu qeyd edib. Eyni zaman o, dövlətdən yenisini hədiyyə kimi istəyir:
“Lalə Məmmədova məni depressiyaya salıb. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa yol yoxdur. Borcumu dərhal ödəməyə hazır deyiləm. Mən alimenti ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram”.
Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.(media.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru