Müğənni Britni Spirs ruhi xəstəxanaya yerləşdirilib

4-04-2019, 07:00           
Müğənni Britni Spirs ruhi xəstəxanaya yerləşdirilib
Məşhur Amerika müğənnisi Britni Spirs psixi müalicə üçün klinikaya müraciət edib.

"Report"un məlumatına görə, bu barədə TMZ portalı bildirib.

Portalın məlumatına görə, Spirs artıq bir həftəyə yaxındır klinikadadır. O, daha 30 gün klinikada qalmalıdır.

Bildirilir ki, Spirs atasının özünü pis hiss etməsinə görə psixi sarsıntı keçirib. Son zamanlar Ceyms Spirs səhhətindəki problemlərə görə iki dəfə cərrahi əməliyyat keçirib. İkinci əməliyyatdan sonra onun səhhəti gözlənilmədən ağırlaşıb. Müğənni atasına kömək etmək üçün özünün konsert turunu ləğv edib.

Britni Spirs 2007-ci ildə də keçmiş əri Kevin Federlaynla boşanmaya, alkoqola və narkotikə görə problemlərlə üzləşib.

Daha əvvəl bildirilib ki, Britni Spirs haqqında yeni televiziya filmi çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru