Yusif Mustafayev plovu əllə yedi, tənqid olundu - Video

4-04-2019, 17:29           
Yusif Mustafayev plovu əllə yedi, tənqid olundu - Video
Əməkdar artist Yusif Mustafayevin yeni videosu yayılıb.



Axşam.az-ın məlumatına görə, görüntüdə müğənni bu dəfə əli ilə plov yeyir. Onun videosunu aparıcı Günay Firudinqızı İnstaqram səhifəsində paylaşıb.

Video qısa vaxtda 8 mindən çox izlənilib. Mustafayev Günaya aşı əllə yeməyi öyrədib. Aparıcı da ona qoşularaq yeməyi əli ilə yeməyə başlayıb. Sosial şəbəkə istifadəçiləri müğənni və aparıcını tənqid ediblər.

Qeyd edək ki, Yusif son günlər sosial şəbəkədə yayılan videoları ilə gündəmə gəlir. Bundan əvvəl o, toyda ofisiantı qorxutmuş, daha sonra isə mahnı oxuyan zaman "ta-ta-ta" sözlərini işlətmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.