Meyxananı qumar və yamanlıqla müqayisə edən Baba Vəziroğlunun qalmaqallı videosu yayıldı

5-04-2019, 08:54           
Meyxananı qumar və yamanlıqla müqayisə edən Baba Vəziroğlunun qalmaqallı videosu yayıldı
Faciə ondadır ki, keçmişdən bu günə qədər gəlib çatan meyxanalar kiçik kişi məclisindən, çevrədən çıxıb, böyük auditoriya, televiziya ekranlarına daxil olub. Bəzi insanlar pis şeylərə, yamanlığa meyilli olur, o cümlədən narkotik vasitələrə, qumara və meyxanaya”.“

Xatırladaq ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu meyxana ilə bağlı mövzuya münasibət bildirərkən “Yeni Müsavat”a açıqlamasında bildirmişdi. Həmçinin B.Vəziroğlu meyxanaların ekranlara çıxarılmasının əleyhinə olduğunu da qeyd etmişdi:

“Bu baxımdan düşünürəm ki, meyxanaçılardan deyil, televiziya rəhbərlərindən izahat alınmalıdır ki, meyxanalara bir daha yer verilməsin, olmaz. Yüksək ali tribunadan kiçik dar çərçivə üçün nəzərdə tutulmuş meyxananın ekranlara çıxarılması yolverilməzdir”.

Onun bu açıqlamaları meyxana ətrafındakı müzakirələri bir daha gündəmə gətirib. Belə ki, sosial şəbəkələrdə Baba Vəziroğlunun illər öncə Lider TV-də jürilik etdiyi “Söz kəsəri” adlı meyxana yarışması verilişindən video görüntü yayılıb.

İzləyicilər Baba Vəziroğlunun son açıqlamaları ilə illər öncə meyxana yarışmasındakı canfəşanlığı arasında uyğunsuzluq olduğunu qeyd edib, tənqidlər yağdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru