Aybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan"

9-09-2019, 12:58           
Aybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan"
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə şəhid olan həyat yoldaşı Xalid Quliyevin fotosunu paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni ad günü münasibətilə onu təbrik edərək, bunları yazıb:

“Bu gün doğum günündür, ay yaraşıqlı oğlan... Xəbərin varmı, 57 yaşın oldu?! Hər oğulun işi deyil ha, bu yaşa qədər belə gənc qala, bundan da xəbərin varmı?! Ayrı nə deyim ki, ürəyim soyuya ay qaməti qamət, yerişi, duruşu, qəlbi şüşə kimi təmiz, dosta əsl dost, yara yar, ailəyə, millətə əsl oğul olanım, yüzlərlə düşmənin belini qıran igidim... Bunlardan da xəbərin varmı?! Nə isə, onsuz da ürəyim boşalmayacaq... Sözüm elə burda bitsə yaxşıdır. Bircə sonda bunu deyəcəyəm "Nə yaxşı ki, varıymışsan". Nə yaxşı ki, Doğulmuşlardansan! Doğum günün mübarək, Aynişanımızın atası, qəhrəman Xalid!!!”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru