“İnsan və Qanun” verilişinin ilk çəkilişi baş tutdu – Adəm Məmmədovun təqdimatında

10-09-2019, 00:41           
“İnsan və Qanun” verilişinin ilk çəkilişi baş tutdu – Adəm Məmmədovun təqdimatında
Bu gün “LİDER” TV-də tanınmış vəkil Adəm Məmmədovun təqdimatında “İnsan və Qanun” verilişinin ilk çəkilişi baş tutub. Verilişin mövzusu yol-nəqliyyat hadisələri, fəsadları və çıxış yolları olub.

Cəmiyyət üçün aktual olan bu mövzunu Adəm Məmmədov ölkənin ən nüfuzlu vəkillləri ilə birlikdə müzakirə edib. Qonaqlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əli Hüseynov, Səlahəddin Cəfərov, Emil Aslanov, media-ekspert qismində isə 7news.az saytının baş redaktoru Səbuhi Abbasov olub. Qonaqlar sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıb, mövcud problemlərdən çıxış yolu axtarıblar. Bundan başqa bəzi hadisələrin video qeydiyyatı efirdə nümayiş olunaraq praktik təhlillər aparılıb.

Olduqca maraqlı və gərgin keçən verilişi tamaşaçılar 15 sentyabr saat 10:00-da Lider TV-də izləyə biləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.