Kayahanın arvadı ikinci dəfə evləndi

14-09-2019, 00:04           
Kayahanın arvadı ikinci dəfə evləndi
"Bal ayı üçün bir günlük Londona gedəcəyik"

2015-ci ildə dünyasını dəyişmiş mərhum müğənni Kayahanın həyat yoldaşı İpək Açar ikinci dəfə ərə gedib.

“Hürriyet” xəbər verir ki, ifaçı Alper Kömürcü adlı musiqiçi ilə ailə qurub. 180 nəfər qonağı olan toy Bəylərbəyində baş tutub. İpəklə Alperin nikah şahidləri Daxili İşlər naziri Süleyman Soylu, Soylunun xanımı Hamdiye Soylu, Levon Kordonciyan və İlker Kömürcü olub.

Cütlük nikahdan sonra açıqlama verərək “Çox xoşbəxtik. Bal ayı üçün bir günlük Londona gedəcəyik” deyiblər.(qafqazinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru