Koreyalı müğənni Röyanın məşhur mahnısını görün “nə günə qoydu”? - Video

15-09-2019, 17:21           
Koreyalı müğənni Röyanın məşhur mahnısını görün “nə günə qoydu”? - Video
Koreyalı müğənni Qod Ci Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib.
"Yeni Sabah" xəbər verir ki, müğənni bu mahnını özünün YouTube sosial şəbəkəsindəki səhifəsində yayıb. Müğənni bir müddət Azərbaycanda yaşayıb və təhsil alıb. O, burada Azərbaycan dilini də öyrənməyə nail olub.

Koreyaya qayıdan qız orada koreyalılar üçün Azərbaycan mahnılarını ifa etmək qərarına gəlib. Qızın Azərbaycandan olan izləyiciləri onun ifasından zövq alıblar.

Qod Cinin ifasında bu mahnını 70 mindən çox YouTube izləyicisi dinləyib.

Xatırladaq ki, bu kompozisiya 2016-cı ildə dinləyicilərə təqdim edilib. Mahnının sözlərini Miri Yusif yazıb, musiqisini isə Kamil Əhmədbəyli və Tural Əliyev bəstələyib.

Müqayisə üçün kompozisiyanın orijinal versiyasını da təqdim edirik.

Qeyd edək ki, Miri Yusif və Röyanın ifasında bu mahnının rəsmən yayımlanmış versiyasını 19,5 milyon izləyici dinləyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru