“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya sərt sözlər

23-09-2019, 10:20           
“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya sərt sözlər
Teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sərt tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə post paylaşan Tolik sürücülərin tez-tez cərimə olunmasından şikayətlənib:

“Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəm pulu. Elə bilərəm, nəzir verirəm. Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”

Qeyd edək ki, bir müddət sonra Tolik həmin paylaşımı səhifəsindən silib. Sizə silinən paylaşımın fotosunu təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru