“Kişisən, məndən güclüsən...” – Sərdar Ortaç - Video
25-09-2019, 13:09
Avqust ayında 5 illik həyat yoldaşı Xloe Lounqnanla boşanan türkiyəli məşhur müğənni Sərdar Ortaç şiddət görən qadınlara dəstək olub. “Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı son zamanlar qadın cinayətlərinin çoxalmasına diqqət çəkib.
S.Ortaç “sizə bir mətn oxuyacağam” deyərək, qadınlar haqqında mətni oxuyub və həmin videonu izləyiciləri ilə bölüşüb.