Xatundan həmkarlarına: “Sizin Həciniz ola bilər, mənim yox?”
26-09-2019, 11:30
Müğənni Xatun Əliyeva yeni paylaşımı ilə diqqət çəkib. “Yeni Sabah” xəbər verir ki, Xatun aparıcı, xeyriyyəçi Hacı Nuranla fotosunu paylaşıb. O fotoya “Sizin Həciniz ola bilər, mənim Həcim ola bilməz? Həci ürəkdi” – şərhini yazaraq Hacı sevgilisi olan həmkarlarına söz atıb. Xatırladaq ki, ifaçı bir neçə gün öncə sevgilisinin əli, qolu ilə şəkil paylaşan həmkarlarını tənqid edib, “Hansısa 1 aylıq sevgi üçün kişinin əlini İnstaqrama qoymayın. Hamı əl qoya bilər. Heç özünüzün halal yoldaşınız deyil. Axtarsan heç əri də deyil. Etməyin" demişdi.