Afaq Bəşirqızı: "Çox istərdim ki, bizim bütün məmurlar..."

26-09-2019, 11:54           
Afaq Bəşirqızı: "Çox istərdim ki, bizim bütün məmurlar..."
"Mən çox istərdim ki, bizim bütün məmurlarımız teatrsevər olsunlar. Sənətkar və sənətsevər olsunlar".
Bu fikirləri Open.az-a özəl açıqlamasında görkəmli sənətkar, Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı deyib.
Ötən gün XI Beynəlxalq Üzeyir Hacıbəyli Festivalı çərçivəsində dahi bəstəkarın "Ər və arvad" operettası yenidən nümayiş olunub. Bu dəfə tamaşanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi seyr edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi məxsusi olaraq Xalq artisti Afaq Bəşirqızının iştirakilə olan tamaşanı izləyiblər. Anşlaqla keçən tamaşanı nazirliyin əməkdaşları çox bəyənib.
Xalq artisti Afaq Bəşirqızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün işçilərinə və kollektivinə sənətə və teatra göstərdikləri diqqətə görə təşəkkür edib.
Xatırladaq ki, dahi Üzeyir bəyin "Ər və arvad" operettası şərqin ilk operettası kimi 1909-cu ildə yazılıb və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaya qoyulub. Operetta ilk dəfə nümayiş olunanda əsas obrazları Azərbaycan teatrının ən qüdrətli sənətkarları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, M.H.Terequlov və Mirzağa Əliyev ifa ediblər. İlk tamaşanın rejissoru isə Hüseyn Ərəblinski olub. 100 il Azərbaycan Teatrının səhnəsində tamaşaya qoyulmayan əsərə 2010-cu ildə yenidən müraciət olunub.
2010-cu ildə yeni quruluşda tamaşaya qoyulan operettanın quruluşçu rejissoru, mərhum Yusif Əkbərov olub.
9 ildir Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş olunan tamaşada baş rolları Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Hüseyn Əlili və başqaları çıxış edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.