Aktrisa ərinə cırmaq atdığına görə həbs olundu - FOTO

2-10-2019, 00:18           
Aktrisa ərinə cırmaq atdığına görə həbs olundu - FOTO
Aktrisa ərini döydüyünə görə saxlanılıb.

Sfera.az-ın məlumatına görə, milli.az CNN-ə istinadla xəbər verir ki, 1995-ci ilin istehsalı olan "Clueless" filmi ilə şöhrət qazanan ABŞ-lı aktrisa Steysi Daş (Stacey Dash) ailədaxili münaqişəyə görə təcridxanaya göndərilib.

Aktrisa əri Cefri Martini (Jeffrey Marty) cırmaqladığına, onu şillələdiyinə görə tutulub. 52 yaşlı aktrisa 1 sutka həbs cəzası alıb. O, 24 saat təcridxanada qaldıqdan sonra 500 dollar ödəmək şərtiylə azadlığa buraxılıb.

Qeyd edək ki, aktrisa Cefri ilə aprel ayında ailə qurub. Bu, aktrisanın ikinci evliliyidir. Onlar tanış olduqdan 10 gün sonra evləniblər. Steysinin indiki əri hüquqşünasdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru