"Maşın" şounun 18 ulduzu onlardır - Siyahı

2-10-2019, 00:44           
"Maşın" şounun 18 ulduzu onlardır - Siyahı
“M Group Production”ın təşkilatçılığı ilə “Maşın şou”nun 18-ci sürəti start götürüb.

Musavat.com xəbər verir ki, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edirlər.

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Maskarad" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Kərim Abbasov, Nazim Pişyari, Türkan Vəlizadə, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Niyam Salami, Ramal İsrafilov, Aşıq Namiq Fərhadoğlu, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova, meyxanaçı Aqşin Fateh, reper "Qurd", aktyor Məcid Hüseynov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru