Müğənni Lalə Əliyeva vəfat edib. Open.az xəbər verir ki, bu barədə xəbəri sosial şəbəkə hesabından tanınmış musiqiçi Hüseyn Həsənov (Bakılı) yayıb. Hüseyn Bakılı : "Səhər-səhər hamımızın sevimlisi olan gözəl müğənni, gözəl insan, Lalə Əliyevanın dünyasını dəyişməsi xəbəri məni çox sarsıtdı.Allah ona qəni-qəni rəhmət eləsin. Toyunu görmədiyi oğlu Hüseynə səbr versin. Amin!", - deyə musiqiçi yazıb.