Murad Dadaşovun kolxoz məntiqi.... VİDEO

3-10-2019, 15:54           
Murad Dadaşovun kolxoz məntiqi.... VİDEO
Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
AZXEBER.COM xəbər verir ki, Xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb.
O, sovet dövrü ilə kapitalizmi müqayisə edərək deyib:
“Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz. Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu.
Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz. Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı.
Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru