"Sovet hökuməti dönəmində gördüyümüz güclü parodiyaçıların heç biri indi yoxdur"

5-10-2019, 10:47           
"Sovet hökuməti dönəmində gördüyümüz güclü parodiyaçıların heç biri indi yoxdur"
"Əgər bir parodiyada şəxsiyyəti təhqir yoxdursa, bunu normal qarşılamaq lazımdır"

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu parodiya janrı haqqında danışarkən deyib. B.Vəziroğlu bu günki parodiya janrının elə də yüksək səviyyədə olmadığını bildirdi:

"Sovet hökuməti dönəmində kimisə parodiya etmək üçün çox ehtiyat edirdilər, çünki senzura var idi. Amma buna baxmayaraq elə parodiyalar edirdilər ki, Sovet hökumətinin yeddi qatından keçirdi. Bu gün isə demokratik bir ölkədə yaşamağımıza baxmayaraq parodiya janrı elə də yüksək səviyyədə deyil. Əgər bir parodiyada şəxsiyyəti təhqir yoxdursa, bunu normal qarşılamaq lazımdır. İndi o adamlar da istəyir ki, nəsə etsinlər. Biz Sovet hökuməti dönəmində güclü parodiyaçılar görmüşük, amma bu gün onların heç biri yoxdur. Bu ədəbiyyatda da belədir: biri güclü şair olur, digəri ondan bir az zəif olur. Düşünürəm ki, bu gün elə bil parodiya janrı sanki öləziyib".

Qeyd edək ki, bir müddət öncə televiziyada Xalq artisti Ağadadaş Ağayevi sözləri Baba Vəziroğluna məxsus olan "Sən oldun" mahnısıyla parodiya ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru