Elçin Əlibəyli Azərbaycandan gedir: “Artıq ailəmi göndərmişəm”

11-10-2019, 17:18           
Elçin Əlibəyli Azərbaycandan gedir: “Artıq ailəmi göndərmişəm”
Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Azərbaycanı tərk edir.

Bu barədə Elçin Əlibəyli BakuPost-a verdiyi müsahibə zamanı məlumat verib. O, bildirib ki, artıq ailəsini xaricə göndərib, özü isə yaxın zamanlarda gedəcək.

Ölkəni tərk etmək səbəbinə gəldikdə isə bunları deyib: “Cəmiyyətimizdəki biganəlik və cahillik məni çox narahat edir. Özü də oxumuş, diplomlu adamların cahilliyi. Bu çox təhlükəlidir. Mənim ölkədən getmə qərarı verməyim də məhz bununla bağlıdır. Çox yaxın bir zamanda ölkəni tərk edəcəm. Artıq ailəmi göndərmişəm. Azərbaycanda məni heç bir universitetə buraxmırlar. Özüm şəxsən Dövlət Mədəniyyət və İncəsənət universitetinə bununla bağlı müraciət etmişəm. Amma müraciətim cavabsız qalıb. Gedəcəyim yerdə universitetdə dərs deyəcəyəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru