ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - VİDEO/ FOTO

17-10-2019, 08:38           
ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - VİDEO/ FOTO
Hollivud aktyoru, ABŞ-da "Tarzan" serialı ilə məşhur olan aktyor Ron Ellinin ailəsində faciə baş verib.

"Report" CNN-ə istinadən xəbər verir ki, polisə Santa-Barbaradakı evlərdən birindən ailə zorakılığı barədə zəng daxil olub. Həmin ünvana gələn polis əməkdaşları aktyorun bıçaqla qətlə yetirilmiş arvadı Valeri Landinin meyitini aşkarlayıblar.

Ailənin 81 yaşlı başçısı həyat yoldaşının qətlində öz oğullarından birini - 30 yaşlı Kemeronu ittiham edib. Lakin qətli törədən şəxs onu həbs etmək istəyən polislərə müqavimət göstərib. Nəticədə asayiş keşikçiləri tərəfindən güllələnib.

Qətlə yetirilmiş Valeri Landin daha əvvəl "Miss Florida" titulunu qazanıb. Qadın "Tarzan"la - Ron Elli ilə nikahdan Kemeron, Keytlend və Kirsten adlı övladlarını dünyaya gətirib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru