Emin Ağalarov telekanal açır

15-12-2015, 15:43           
Emin Ağalarov telekanal açır
Rusiyada azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov “Russkiy mediaqruppı” QSC-nin səhmdarlarından biri Sergey Kojevnikovla birlikdə telekanal açır.

Virtualaz.org saytı “Kommersant”a istinadən xəbər verir ki, telekanal “Tvoy dom” adlanacaq, təmir, tikinti və planlaşdırma mövzularını əhatə edəcək.

Yeni medialayihə tikinti, dizayn və layihə işləri ilə maraqlanan auditoriya üçün hesablanıb.

Sergey Kojevnikov deyib ki, telekanal “Crocus” şirkətlər qrupunun tərkibinə daxil olacaq.

Artıq Emin Ağalarovun “ArtQrant” ASC şirkəti yayım lisenziyası almaq üçün sənədləri təqdim edib. Lisenziyanın yanvar ayında veriləcəyi gözlənilir.

Bundan əvvəl xəbər verilmişdi ki Kojevnikovla Ağalarov kabel və peyklə yayımlanan beş telekanal açmağa hazırlaşır. Noyabrın sonlarnda onlar “Xit TV”ni açıblar, ortaqlar bu telekanalda bərabər paya malikdir.

Lakin Rusiyada yanvardan qüvvəyə minəcək yeni qanuna görə, Ağalarov bu telekanalda payını azaltmalı olacaq. Çünki o, Rusiya ilə yanaşı Azərbaycan vətəndaşllğına da malikdir. Yeni qanuna görə, xarici vətəndaşlar Rusiyada KİV-in 20 faizdən çox səhminə malik ola bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru