“Büdcədə pul yoxdursa, camaatda hardan olsun?” – Nura Suri etiraz etdi

18-12-2015, 14:04           
“Büdcədə pul yoxdursa, camaatda hardan olsun?” – Nura Suri etiraz etdi
Müğənni Nura Suri İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərlə bağlı status yazıb. Sənətçi cərimələrin artırılmasına etiraz edib:
“Avtomobillərinizdə yanğınsöndürən balonu və “apteçka” saxlayın. Cəriməsi üç qat artıb. Avtomobildən siqaret kötüyü atsanız, 40 manat cəriməsi var. Yağışlı havada kiminsə üstünə su sıçratsanız cəriməsi 30 manatdır. Bəs yollardakı gölməçələrə görə kimi cərimə edək? Bu gün sabah nəfəsi də qorxa-qorxa alarıq. Büdcədə pul yoxdursa, camaatda hardan olsun?”
Qeyd edək ki, aktiv sosial şəbəkə istifadəçisi olan Nura Suri tez-tez sosial məsələlərə münasibət bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru