Azərbaycanlı biznesmen poker qumarında 292 min avro uddu - VİDEO

18-12-2015, 20:28           
Azərbaycanlı biznesmen poker qumarında 292 min avro uddu - VİDEO
Praqada keçirilən poker bayramı səs-küylə başa çatıb və onun qalibləri məlum olub.

Diqqət mərkəzində təbii ki, EPT Prague baş hadisəsi və onun final masası olub. Burada MDB-dən iki oyunçu - azərbaycanlı İlkin Əmirov və rusiyalı Qleb Tremzin iştirak edib.

Pokeroff.ru saytı xəbər verir ki, final gününün yekunlarına görə, üçüncü yer biznesmen İlkin Əmirovun olub (291 min 910 avro və ya 446 min manat), ranner-up Qleb “Ti0373” Tremzin olub. O, alman Hosseyn Ensanla sazişə görə, 724 min 510 avro qazanıb.

Qeyd edək ki, Qleb İlkini oyundan “öz əli ilə” çıxarıb.

Əmirov oyundan çıxdıqdan sonra Tremzin və Ensan arasında pul sazişi bağlanıb. Onlar mükafatı yarı bölərək oyun üçün 30 min avro və qalib trofeyini saxlayıblar (oxu.az).
[media=https://www.youtube.com/watch?time_continue=6&v=M3Ul5WLA6OE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.