Kikabidze: “Bir daha Rusiyaya getməyəcəm”

18-12-2015, 20:51           
Kikabidze: “Bir daha Rusiyaya getməyəcəm”
Ölkələrimiz arasında viza rejimi tamamilə ləğv olunsa belə, mən Rusiyaya getməyəcəm.

Axar.az xəbər verir ki, bunu tanınmış aktyor və Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Rusiyanın Gürcüstanla viza rejimini ləğv etməsi məsələsinə münasibət bildirərkən deyib.

Kikabidze həmçinin, Rusiya Prezidenti Vladimir Putinin ilin nəticələrinə həsr olunmuş mətbuat konfransına baxmadığını da deyib.

Qeyd edək ki, Vaxtanq Kikabidze Kremlin 2008-ci ilin avqustunda Gürcüstana hücumundan sonra Rusiya Federasiyasının “Dostluq” ordenindən imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru