Şou əhlinin dollar dərdi: "Bağışla manat, qoruya bilmədik sən"

21-12-2015, 15:31           

Bu səhər dolların qalxması xəbəri çoxunun yuxusunu ərşə çəkib. Yeni məzənnələrə əsasən, 1 dollar 1,55 manat təşkil edir. Borcunu dollarla ödəyənlər təşfişə düşüb, ekspertlər isə qalxan dollardan ürəkaçan proqnoz vermirlər.

Bu xəbər şou adamlarını da təşfişə salıb. Milli.Az gecce.az-a istinadən bəzi sənət adamlarının dolların qalxması xəbərinə münasibətini təqdim edir:

Elvin Abdullayev: "Batmağa meyilli manat".

İlkin Həsəni: "Bağışla manat, qoruya bilmədik səni".

Xatun: "Vay kasıbın halına".

Oksana Rəsulova: "Səhər eşitdiyim xəbərə görə, hamının əhvalı düşüb. Necə olacaq vəziyyət görəsən? Vəziyyət gərgindi".

"Bu şəhərdə" kollektivi: "Fevralın 21-i manatı yaraladılar. Dekabrın 21-i öldürdülər. Doğrudan 21-i "oçkodur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru