Əli Mirəliyev dolların qalxmasından danışdı: - ”Bu hələ başlanğıcdır”

21-12-2015, 21:50           
Əli Mirəliyev dolların qalxmasından danışdı: - ”Bu hələ başlanğıcdır”
Dolların devalvasiyası şou-biznes aləmində də ciddi narahatlıq doğurub. Bununla əlaqədar olaraq bir çox məşhurlar sosial şəbəkələrdə statuslar paylaşaraq üzüldüklərini bildiriblər.

Müğənni Əli Mirəliyev isə olaya daha sərt reaksiya verib. Musavat.com-a danışan müğənni ölkədə yaşanan gərgin vəziyyətin hələ başlanğıc olduğunu deyib:
“Bu işlərin axırı yaxşı bitməyəcək. Bu artıq xaos deməkdir! Onsuz da camaat pis vəziyyətdə idi. İndi də bütün zəncirlər qırılıb, devalvasiya bundan da o yana qalxıbsa...

Bircə onu bilirəm ki, biz azərbaycanlılıar heç vaxt hüquqularımızı bilməmişik. Ona görə də torpaqlarımız işğal altındadır, başımıza da bu oyunları gətirilir. Bu hələ harasıdır ki, bu hələ başlanğıcdır”.

Əli Mirəliyev müğənnilərdən vergi yığılmasını da pisləyib:
“Gör nə gündəyik, vəziyyət nə yerdədir ki, müğənnilərdən vergi yığılır. Müğənninin pulu var, vergi versin?! Müğənni iş adamıdır? Müğənnilər yalan danışaraq deyirdilər ki, toylara 5-10 minə gedirlər. Halbuki onlara heç 2 min manat verən yoxdur. Hamısı yalan söhbətlərdir. Elə bilirdilər ki, özlərini dağ başına qoymaqla öz-özlərinə qiymət verəcəklər. Elə deyil axı, müğənnini həmin qiymətə toya beş adam apara bilər, 95 faiz adamın buna imkanı yoxdur axı”.
Qeyd edək ki, dekabrın 21-nə olan məlumata əsasən ölkədə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 55 qəpik olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.