Model müsəlmanları təhqir etdiyinə görə müsabiqədən qovuldu - FOTO

22-12-2015, 15:04           

"Miss Puerto-Riko" Destini Velez Miss Amerika gözəllik müsabiqəsindən qovulub.

Terefd.info Milli.Az-a istinadən xəbər verir ki, model tvitter hesabından paylaşdığı rəyinə görə qovulub. Velez "hamımız müsəlmanıq" yazan amerikalı rejissor Maykl Mura şərh olaraq "Müsəlmanların Allahı ilə xristian və yəhudilərin Allahı eyni deyil. Müsəlmanlar yəhudilər və xristianlarla bir tutula bilməzlər. Nə xristianların, nə də yəhudilərin müqəddəs kitabında terror var", - yazıb.

Onun bu rəyi qalmaqala səbəb olub. Model üzr istəmək məcburiyyətində qalıb və rəyi silib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru