Karantin olmasına rəğmən xaricə yollanan məşhurlarımız – BİZİM ARAŞDIRMA

1-08-2020, 16:17           
Karantin olmasına rəğmən xaricə yollanan məşhurlarımız – BİZİM ARAŞDIRMA
Koronavirus səbəbilə xarici ölkələrə gediş-gəlişin bağlı olması səbəbilə istirahətə yollanmaq istəyən şəxslər evdə qalmağa məcbur oldu.

Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-dək bağlı saxlayacaq. Lakin bununla belə, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərtilə müəyyən reyslər nəzərdə tutulub.

Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.

Ölkə xaricinə çıxmaq əvvəlki kimi asan başa gəlmir. Bunun üçün əvvəlcədən təyin olunmuş xüsusi çarter reysinə bilet almalı, 48 saat əvvəl COVID-19 testin keçmək lazımdır.

Bununla belə, xarici ölkəyə yollanan məşhurlarımız da az deyil.

Maraqlıdır, məşhurlarımız yay tətilini harada və necə keçirir?

Cebhe.info tanınmışların yay gəzintilərini sizə təqdim edir:

"Eurovision-2010” təmsilçimiz Safura Əlizadə övladları ilə istirahətə yollanıb. İstanbulda yaşayan keçmiş müğənni Türkiyənin istirahət bölgələrindən birində dincəlir. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb. Şəkillərdə onun həyat yoldaşı, oğlu İsgəndər və qızı Aişə yer alıblar. Safurə və Fərhad cütlüyünün 3 övladı var.

Xalq artisti Miri Yusif xüsusi açılmış Bakı-İstanbul-Bakı reysi ilə istirahətə yollanıb.

Xanımı və övladları ilə Türkiyəyə Kuşadasına üz tutub. İstirahətdən görüntülərini paylaşan Xalq artisti izləyicilərin "Türkiyəyə necə getmisiniz?" suallarını da cavablayıb. O, turizm şirkətinin adını qeyd edərək, Türkiyəyə onların vasitəsilə getdiyini bildirib.

Məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev də Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - deyə Əliyev qeyd edib.

Müğənni Ayan Babakişiyeva da ailəsi ilə birlikdə Türkiyəyə üz tutub. İstanbuldakı evinə gedən ifaçı Çeşmədə dincəlməyə də yollanıb.

A.Babakişiyeva jurnalistlərlə söhbətində Türkiyədə biznesinin olduğunu bildiirb: “Həm dincələcəm, həm də işlərimə nəzarət edəcəm”.

Kərim Abbasov da Türkiyənin Antalya bölgəsində istirahətə yollanıb.

Karantin səsbəbilə rayonlara gediş-gəliş məhdudlaşdırılıb. Bakı qeydiyyatında olanlar bölgələrə ancaq xüsusi icazə vasitəsilə buraxılır ki, sui-istifadəyə yol verilməsin. Buna da müəyyən məhdudiyyətlər qoyulub. Lakin ölkə daxilində istirahət edənlər də az deyil.

Belə ki, Müğənni Gülay Zeynallı ailə ilə birlikdə Şamaxıda istirahət edir. O uzun müddətdir ki, Şamaxıya yollanıb.

Xalq artisti Aygün Kazımova yayı Qəbələdə keçirib. Sənətçi həm dincəlib, həm də orada klip çəkdirib.

Aparıcı Zümrüd Bədəlova Novxanıda yerləşən bağ evində dincəlir.

Naibə
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.