Avatar 2 çəkilir – Kameron hazır görüntüləri göstərdi

4-08-2020, 10:56           
Avatar 2 çəkilir –
Pandemiya səbəbiylə Avatar 2-nin premyerası 2021-ci ilin dekabrından 2022-ci ilin dekabrına qədər təxirə salınıb. Ümumilikdə dörd filmin buraxılması planlaşdırılır.

KONKRET.az xəbər verir ki, Hollivud rejissoru Ceyms Kameron çəkiliş qrupunun hazırladığı bir neçə səhnəni nümayiş etdirib.

Bazar ertəsi, avqustun 3-də filmin prodüseri Con Landau öz İnstagram səhifəsində bu haqda yazıb.

Jim gathered the crew to show them three scenes with near finished visual effects from Weta Digital. Everyone was excited and pumped up to get back to work. Look forward to when we are able to share with you.

Публикация от Jon Landau (@jonplandau) 31 Июл 2020 в 1:52 PDT



Onun sözlərinə görə, Kameron, demək olar ki, hazır xüsusi effektləri olan gələcək filmdən üç parça göstərib. Prodüser qeyd edib ki, bütün kollektiv üzvləri çəkilişləri davam etdirmək fürsətindən məmnun olublar.

“Hər kəs işə qayıtmaq arzusu ilə sevinib” deyə Landau bildirib.

Bir gün əvvəl rejissor Kameron jurnalistlərə “Avatar”ın ikinci hissəsinin heyrətamiz olduğunu söyləyib. İyun ayında film çəkilişlərini davam etdirmək üçün bəzi heyətlə birlikdə Yeni Zelandiyaya qayıdıb.

Bundan əvvəl Landau, serialın çox hissəsinin su altında baş verəcəyini və əsas personajların ailələrini xilas edəcəyini söyləyib.

“Avatar” ın ikinci hissəsinin premyerası 16 dekabr 2022-ci ildə planlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.