Xalq artistinin səhhəti pisləşdi

21-01-2016, 13:28           
Xalq artistinin səhhəti pisləşdi
Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədovun səhhəti pisləşib.

Bu barədə Ölkə.az-a xalq artisti özü məlumat verib. O, bildirib ki, səhhətindəki problemlərə görə bir aydır evdən bayıra çıxa bilmir:

"Çox bərk xəstələnmişəm. Bir aydır beləyəm, heç kimə də demirəm. Evdən də bayıra çıxmıram. Ancaq uşaqlarım, gəlinim mənə baxır. Ayaqlarım şişib, həkimlər də diaqnoz qoya bilmirlər. Görünür yaşla əlaqədardır. Artıq 87 yaşım var. Bir aydır müsahibə də vermirəm, efirə də getmirəm. İndi də tətildir deyə, dərsim də yoxdur.Həftədə iki dəfə dərsim olur. Onda da tələbələrim gəlib aparırlar".

Xatırladaq ki, Əlibaba Məmmədov hazırda Azərbaycanın ən yaşlı muğam ifaçısı hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru