Amerikalı müğənni-bəstəkar Tayla Parks öz həmcinsi ilə nişanlanıb.
Yenisabah.az xəbər verir ki, "Qremmi" mükafatına namizəd olan Tayla rəqqasə rəfiqəsi Şirlin Kuiqli ilə nişanlanıb.
Sənətçi bu barədə “İnstagram” hesabında paylaşım edərək hər şeyə görə sevgilisinə təşəkkür edib:
"Görüşümüzün ilk həftəsindən mən bilirdim ki, sən mənim həyatımda əbədi qalacaqsan. Tayla Parks, sən əbədi olaraq mənimsən. Mən səni sevirəm və dostluğumuza, sevgimizə, gələcəyimizə görə minnətdaram".