Yalçın Rzazadə dünyasını dəyişdi

23-02-2021, 00:00           
Yalçın Rzazadə dünyasını dəyişdi
Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Teref.az xəbər verir ki, bu barədə müğənninin oğlu Mətin Rzazadə məlumat verib. O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. (Azvizion.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru