Hollivud ulduzu beşinci dəfə evləndi - FOTO

6-03-2021, 11:31           
Hollivud ulduzu beşinci dəfə evləndi - FOTO
Amerikalı aktyor Nikolas Keyc beşinci dəfə evlənib.

Bu barədə “Daily Star” xəbər verib.

Bildirilir ki, toy mərasimi Las-Veqasda baş tutub. Aktyorun yeni həyat yoldaşı 26 yaşlı Riko Şibatu onun böyük oğlundan dörd yaş kiçikdir.

Aktyor həyat yoldaşına sevdiyi qara rəngdə brilyant üzük hədiyyə edib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Keyc yalnız dörd gün evli olduğu dördüncü həyat yoldaşı, vizajist Erika Koyke ilə boşanıb. Aktyorun sözlərinə görə, bu nikahı bağlayan zaman onlar bərk sərxoş olublar və nə etdiklərini anlamayıblar.oxu

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.