“Bomj” gizlicə aktyorun evinə girdi və duş qəbul etdi - VİDEO

23-03-2021, 14:36           
“Bomj” gizlicə aktyorun evinə girdi və duş qəbul etdi - VİDEO
Hollivud ulduzu Conni Deppin başına iş gəlib.

Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, aktyor evinin həyətində naməlum şəxs görüb. Onun oğru olduğunu düşünərək dərhal polisə zəng edib.

Hadisə yerinə gələn polis baxış keçirən zaman müəyyən edib ki, Conninin evinə girən şəxs evsizdir. O, aktyorun vanna otağında duş qəbul edib və spirtli içki içib.

Nəticədə “bomj” aktyorun evindən zorla çıxarılaraq həbs edilib.

Qeyd edək ki, bu, Deppin başına gələn ilk belə hadisə deyil. Bir neçə ay əvvəl Conninin evinə kimliyi bəlli olmayan bir qadın da girmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.