“Mənzil məsələm həll olunmasa, intihar edəcəm ki, qoy tarixdə də qalsın...” - Əməkdar artistdən ETİRAZ

17-04-2021, 10:39           
“Mənzil məsələm həll olunmasa, intihar edəcəm ki, qoy tarixdə də qalsın...”
“Mənzil məsələmlə hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva məşğuldur. İndi görək necə olacaq. Mayın 10-na kimi gözləyəcəm və görüm sonra hansı addımı atacam”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ədilə Əflaki deyib. Müğənni mənzil məsələsinin həll edilməsi istiqamətində aidiyyatı qurumlara müraciət etdiyini bildirib.

“Mənzil məsələmlə hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva məşğuldur. İndi görək necə olacaq. Mayın 10-na kimi gözləyəcəm və görüm sonra hansı addımı atacam. Koronavirusa yoluxduğum üçün sağalandan sonra indi də ürək-damar çatışmazlığım var. Ürəyim məni yaman narahat edir. Həkim isə deyir ki, nevroz keçirirsən. İndi yaş da gəlib çatıb. Heç nə istəmirəm, bircə mənzildən başqa. “O, olmasın, bu olsun” filində Rüstəm bəy deyir ki, “Bir bəy adıma and içirəm ki, axşam pulları gətirib gələcəm”. Mənim alınmış mülkümün əvəzinə heç olmazsa, birotaqlı ev versinlər. 2-3 otaqlı ev istəmirəm. Birotaqlı ev versinlər ki, ora köçüb oğlumu evləndirim. Əlil oğlandı. Mən bundan sonra nə prezident mükafatı, nə də təqaüdü istəyirəm. Necə ki, mənim kimi analar pensiya alıb dolanırlar, mən də elə dolanaram. Bir dənə ancaq mənim evimi versinlər. Demişəm ki, əgər mənzil məsələm həll olunmasa, məktub yazıb qoyacam və sonra da intihar edəcəm. Belə yaşamaqdansa, intihar etmək yaxşıdır. Qoy tarixdə də qalsın ki, dahi şəxsiyyətin əlindən mülkini alıblar, amma qaytarmırlar. Miras yeyilməz axı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.