Zaur Baxşəliyevin verilişində dava düşdü, mühafizəçilər qonağı təklədilər - Qalmaqal

17-02-2016, 19:55           
Zaur Baxşəliyevin verilişində dava düşdü, mühafizəçilər qonağı təklədilər - Qalmaqal
ATV-də yayımlanan bizimləsən verilişinin canlı yayımı zamanı xoşagəlməz hadisələr yaşanıb.

Verilişin aparıcısı Zaur Baxşəliyev efirə çağırdığı tanınmış musiqiçi Zahid Qubadlı ilə yanaşı, Qubadlı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədova qarşı da hörmətsizlik edib.

"Sən bura niyə gəlmisən" deyən Baxşəliyev şöbə müdirindən çəkiliş yerini tərk etməsini tələb edib və mühafizəçiləri çağırıb. Mühafizəçilər İ.Əhmədova zor tətbiq edərək onu uzaqlaşdırmağa çalışıblar.

Verilişin digər qonaqlarının müdaxiləsindən sonra vəziyyət sakitləşib.(Ölkə.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.