"Nura Suri adında müğənni tanımıram" - Faytonçu Nazimdən qalmaqallı açıqlama

21-04-2021, 16:43           
 "Nura Suri adında müğənni tanımıram" -
"Nura Suri adında müğənni tanımıram. O insan haqqında danışmaq istəmirəm. Özü də Nura yox, əsl adı Aynurədir. Aynurə adında qız tanıyıram, amma Nura Suri adlı müğənni tanımıram. O, mənim üçün müğənni deyil".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "MTV Azərbaycan"a açıqlamasında deyib." Faytonçu Nazim" kimi tanınan sənətçi aralarında yaşanan qalmaqalın səbəbini açıqlamasa da, onun şəxsi məsələ olduğunu bildirib:

"Əfsus ki, məsələni efirə çıxardıb, gündəmə gətirdi. Ondan sonra Nura Surini hər yerdə qara siyahıya atmışam, əlaqə nömrələrini pozmuşam. Bu insanla üzbəüz də gəlmək istəmirəm. Müğənni saymıram, sübut etməyə də hazıram. Onun musiqi savadı, biliyi yoxdur. Müğənniliyə yararsız adamdır. Heç onun səsi də yoxdur. Sadəcə bir insandır, Allah verdiyi səslə danışır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.