Türkiyə ilə sərhəd bağlandığı üçün ev ala bilmədi

22-04-2021, 00:10           
Türkiyə ilə sərhəd bağlandığı üçün ev ala bilmədi
Rusiyanın məşhur aktrisası, “Brilliant” qrupunun keçmiş solisti Anna Semenoviç İstanbulda mənzil ala bilməyib.

Busaat.az xəbər verir ki, razılaşma Türkiyə sərhədlərinin bağlanması səbəbindən ləğv edilib. Sənətçi bu barədə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib.


Semenoviç daşınmaz əmlak almaq barədə danışarkən “Türkiyədə alınacaqdı, amma sərhədlər bağlandı”,- deyə qeyd edib.

Sənətçi söhbət əsnasında İstanbulda mənzil almaq istəməsinin səbəblərini də açıqlayıb:
“Bu şəhər çox xoşuma gəlir. Orada daşınmaz əmlak almaq yaxşı fikirdir, çünki mənzillər daim bahalaşır. Bu, yaxşı bir iş layihəsidir, bununla yanaşı valideynlərimi ora dincəlməyə də göndərə bilərəm”.

Türkiyədəki şirkət ona mümkün variantlarını təklif etməyə davam edir. Ancaq müğənni obyektləri araşdırarkən sərhədlərin açılmasını gözləyir.

A. Semenoviç şəhərin Bosfor boğazına baxan müasir hissəsindəki kiçik studiya mənzillərindən birini almaq niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru