Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı

22-04-2021, 06:37           
Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi.

Aparıcı Seren Serengil məhkəməyə verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkəti ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.

Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.