Məşhur aşpazın restoranında yanğın - VİDEO

23-04-2021, 07:28           
Məşhur aşpazın restoranında yanğın - VİDEO
Ət restoranları şəbəkəsinin sahibi Nüsrət Gökçenin İstanbulun Etiler rayonunda yerləşən restoranında yanğın baş verib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

İlkin məlumata görə, yanğın restoranın fasadına zərər vurub.

Yanğının tam söndürüldüyü, restoranın işçiləri və müştəri arasında xəsarət alanların olmadığı bildirib.

Qeyd edək ki, Nüsrət Gökçə peşəkar qəssab, aşpaz və restoran şəbəkəsi sahibidir. Özünəxas formada ət bişirmə və duzlama səbəbindən “Salt Bae” ləqəbi ilə də tanınan N.Gökçə sosial şəbəkələrdə ən çox izlənilən aşpazlardan biridir.oxu













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.