“Mənim ölkəmi intim səhv kimi təqdim edənə”... – Tanınmış teleaparıcı ƏSƏBLƏŞDİ

23-04-2021, 13:59           
“Mənim ölkəmi intim səhv kimi təqdim edənə”... –
“Jimmy Kimmel getsin öz Oksford məzunu, impiçmentli böyüklərini müzakirə etsin. İndiyə qədər heç vaxt Azərbaycanla bağlı hər hansı məsələ verlişinin mövzusu olmayan adam, indi məlum hadisədən gülə-gülə “Government of Azerbaijan” deyə bəhs edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri, teleaparıcı Nuridə Allahyarova səsləndirib. O bildirib ki, Klinton 2020-ci ildə arvadı ilə bağlı çəkilən filmdə “Monika həyatımın bağışlanmaz səhvi idi” deyərək heç də böyük kişilik nümayiş etdirmir: “Kişi yaşadığına səhv deməz-yaşayar və cəzasını da gözə alar. Yazdıqlarımı məlum hadisəyə haqq qazandırmağım kimi təqdim etməyin. Mən insanların intim səhvlərini və günahlarını müzakirə etmə haqqına sahib deyiləm. Amma mənim ölkəmi intim səhv kimi təqdim edənə “Həm ziyarət, həm ticarət” filmində Nuriyyə xanımın qəhrəmanının dili ilə “gedək sənə orda 100 dənə mıx göstərim” demə haqqına sahibəm”!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.