“Oskar” mərasimi dörd məkanda keçiriləcək

26-04-2021, 06:00           
“Oskar” mərasimi dörd məkanda keçiriləcək
26 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars
Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimolunma mərasimi ilk dəfə eyni zamanda dörd məkanda keçiriləcək.

Teref.az xəbər verir ki, pandemiya səbəbindən builki mərasim tam fərqli formatda təşkil olunacaq.

Belə ki, 2002-ci ildən bu yana Los-Ancelesdəki “Dolby” teatrında keçirilən tədbir, bu il həm də şəhərdəki “Union Station” dəmiryolu vağzalı binasının səhnəsində təşkil olunacaq.

Bununla yanaşı, mərasim iştirakçılarının bir qismi Londondakı Britaniya Kino İnstitutunda, digər bir qismi isə Fransanın “Canal+” telekanalının Parisdəki studiyasında toplaşacaq.

Qeyd edək ki, tədbir bu gecə, Bakı vaxtilə 04:00-da başlanacaq. //Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru