Xloya Çjao "Ən yaxşı rejissor" kateqoriyası üzrə "Oskar" mükafatı alıb

26-04-2021, 06:29           
Xloya Çjao "Ən yaxşı rejissor" kateqoriyası üzrə "Oskar" mükafatı alıb
"Köçərilərin torpağı" filminin rejissoru Xloya Çjao "Ən yaxşı rejissor" kateqoriyası üzrə "Oskar" mükafatı qazanıb.

“Report” xəbər verir ki, bu barədə Los-Ancelesdə ABŞ-ın kinoakademiyası mükafatının verilməsinin 93-cü mərasiminin translyasiyasını aparan ABC telekanalı bildirib.

Bu kateqoriyada tarixdə ilk dəfə eyni vaxtda iki qadın təmsil olunub, İngiltərə aktrisası Emirald Fennell "Ümidlər verən qız" uğrunda yarışıb. Həmin kateqoriyada eləcə də danimarkalı Tomas Vinterberq, Devid Finçer və Li Ayzek Çun da təmsil olunublar.

Pekində anadan olan, lakin Nyu Yorkda təhsil alan Çjao rejissorluq işinə görə “Oskar” mükafatına namizəd göstərilən Asiya əsilli ilk qadın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru