Entoni Hopkins "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə "Oskar"a layiq görüldü 26-04-2021, 07:29 Məşhur Britaniya aktyoru Entoni Hopkins "Oskar" mükafatının ən yaşlı sahibi olub.“Report” xəbər verir ki, o, "Ata" filmində "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə mükafata layiq görülüb.Los-Ancelesdə ABŞ kino akademiyasının mükafatının verilməsi mərasiminin translyasiyasını ABC telekanalı aparıb."Oskar"a bu kateqoriyada həmçinin Hari Oldman ("Mank"), Riz Ahmed ("Metalın Səsi"), Stiven En ("Minari") və Çedvik Bouzman mükafata iddialı olublar. Facebook-da paylaş